Washingtonda ABŞ-Türkiyə Münasibətləri 35-ci İllik Konfransının yekun iclası keçirildi

Washingtonda ABŞ-Türkiyə Münasibətləri 35-ci İllik Konfransının yekun iclasında Türkiyənin Washington  səfiri Sərdar Kılıç, Amerika Birləşmiş Ştatları dövlət katibinin müavini Antony Blinken və ABŞ-ın Ankara səfiri John Bass çıxış etdilər.

601704
Washingtonda ABŞ-Türkiyə Münasibətləri 35-ci İllik Konfransının yekun iclası keçirildi

Türkiyənin Washington səfiri Sərdar Kılıç Fətullahçı Terror Təşkilatı/ Paralel Dövlət İdarəçiliyinin(FETÖ/PDY)  15 iyuldakı çevriliş təşəbbüsü ilə bağlı Avropa və ABŞ mətbuatının bir hissəsinin və hətta bəzi siyasətçilərin dəyərləndirmələrindən təəssüf hissi keçirdiyini vurğuladı.

Washingtonda ABŞ-Türkiyə Münasibətləri 35-ci İllik Konfransının yekun iclasında Türkiyənin Washington  səfiri Sərdar Kılıç, Amerika Birləşmiş Ştatları dövlət katibinin müavini Antony Blinken və ABŞ-ın Ankara səfiri John Bass çıxış etdilər.

 Səfir Kılıç 15 iyul dövlət çevrilişi cəhdi qarşısında müttəfiq ABŞ-ın  birmənalı mövqe nümayiş etdirməsini gözlədiklərini qeyd edərək: "Amerika xalqından, mediasından və think tank təşkilatlarından dövlət çevrilişi cəhdindən  sonra daha güclü bir reaksiya və dəstək gözlədik" dedi.
 
Kılıç Türkiyənin hüququn aliliyinə riayət etdiyinə işarə edərək, mövcud fövqəladə vəziyyətin tətbiqinin konstitusiyaya və Avropa İttifaqı hüququna uyğun olduğunu qeyd etdi.
 

Terror təşkilatı PKK-nın Suriya qolu olan PYD/YPG-yə ABŞ-ın silah verməsini Türkiyənin doğru hesab etmədiyini xatırladan səfir bu silahların PKK-nın əlinə keçib Türkiyəyə qarşı istifadə edilə biləcəyi barədə xəbərdarlıq edərək: "Bunun qəbuledilməz nəticəsi NATO üzvü olan Türkiyənin başqa bir NATO üzvünün silahı ilə hücuma məruz qalmasıdır" dedi.
 
 Türkiyənin DEAŞ əleyhinə əməliyyatlarda ən nüfuzlu ölkələrdən biri olduğunu ifadə edən Kılıç "Fərat Qalxanı" əməliyyatı çərçivəsindəki (Azad Suriya Ordusunu dəstəkləyən) addımları nümunə göstərdi və meydanda  PYD/YPG -dən başqa da fəal və hazır qüvvələr olduğunu vurğuladı.

Amerika Birləşmiş Ştatları dövlət katibinin müavini Antony Blinken Fətullahçı Terör Təşkilatı/ Paralel Dövlət İdarəçiliyinin (FETÖ \ / PDY)  15 iyuldakı çevriliş təşəbbüsü ilə bağlı Türk xalqının nələr hiss etdiyini tam şəkildə anlaya bilmədiklərini söylədi.
 
 Suriyadakı prosesləri də dəyərləndirən Blinken terror təşkilatı DEAŞ-ın regionda ən böyük təhdid olduğunu, bu çərçivədə təcili olaraq Rakka əməliyyatına başlanması lazım olduğunu dilə gətirərək, hazırlıqların buna uyğun aparıldığını bildirdi.
 
 Suryada vətəndaş müharibəsini həll etmədən DEAŞ-ı tamamilə məhv etməyin mümkün olmadığını qeyd edən Blinken Suriyada davamlı həllə Əsəd və Rusiyanın atdığı addımların mane olduğunu bildirdi.
 
Dövlət katibinin müavini:"Türkiyənin suriyalı qaçqınlar mövzusunda gördüyü işlər inanılmazdır, bunlara görə minnətdarıq" dedi və Türk xalqının göstərdiyi qonaqpərvərliyin çox dəyərli olduğuna diqqət çəkdi.
 
  
 Səfir Bass ABŞ-ın Türkiyəni  güclü və firavan görmək istədiyini bildirdi,  iki ölkə arasında iqtisadi əlaqələrin dərinliyinə diqqət çəkdi, Ankara ilə hər məsələdə çox yaxın çalışdıqlarını və bütün məqamları açıq şəkildə danışdıqlarını qeyd etdi.



Әlaqәli Xәbәrlәr