Hulusi Akar və Valeriy Gerasimov Mosul əməliyyatını da müzakirə etdilər

Türkiyə və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Suriya böhranının həlli ilə əlaqədar əməkdaşlıq, Hələbdəki vəziyyət, Suriya-İraq sərhədindəki proseslər və Mosulu DEAŞ-dan azadetmə əməliyyatına dair fikir mübadiləsi aparıblar.

601641
Hulusi Akar və Valeriy Gerasimov Mosul əməliyyatını da müzakirə etdilər

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimovun rəsmi dəvəti ilə bu ölkəyə gələn Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar həmkarı ilə Suriya böhranının həlli ilə əlaqədar əməkdaşlıq və DEAŞ-dan xilasetmə əməliyyatını müzakirə etdi.
 
 Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Akar ilə Gerasimov Suriya böhranının həlli ilə əlaqədar əməkdaşlıq, Hələbdəki vəziyyət, Suriya-İraq sərhədindəki proseslər və Mosulu DEAŞ-dan azadetmə əməliyyatına dair fikir mübadiləsi aparıblar.
 
 Görüşdə Gerasimov Rusiyanın Hələbdəki humanitar vəziyyəti yaxşılaşdırmaq üçün gördüyü tədbirlər barəsində məlumat verib.
 
 Akar və  Gerasimov iki ölkənin Baş Qərargah rəisləri arasındakı görüşlərin davam etməsi məsələsində də razılıq əldə ediblər.



Әlaqәli Xәbәrlәr