Türkiyə, Fransa və ABŞ müdafiə nazirləri DEAŞ-a qarşı əməliyyatları müzakirə ediblər

Türkiyənin Milli Müdafiə naziri Fikri Işık NATO-ya üzv ölkələrin müdafiə nazirləri Şurasının sammiti  çərçivəsində ABŞ Müdafiə naziri E. Karter və Fransa Müdafiə naziri Le Drianla bir araya gəldi.

597834

Əldə olunan məlumata görə, görüşdə terror təşkilatı DEAŞ-la  mübarizə çərçivəsində Mosul və Suriyada aparılan əməliyyatlar müzakirə olundu.

Toplantıdan sonra açıqlama verən  Milli Müdafiə naziri Mosulda DEAŞ-a qarşı aparılan əməliyyatı qiymətləndirdi.

F. Işık:  "Ölkəmizin hava əməliyyatına əlavə olunmasından  məmnunuq. Təyyarələrimiz vəzifəyə hazırdır" dedi.

Məlumata görə, nazirlər razılığa gəliblər ki, Mosul və Raqqa şəhərləri DEAŞ terrorçularından  təmizləndikdən sonra idarəetmə yerli administrasiya rəhbərlərinə keçəcək.

Әlaqәli Xәbәrlәr