İ. Kalın Balkan ölkələrindən Türkiyəyə gələn mətbuat heyətini qəbul etdi
Prezident Aparatının sözcüsü İbrahim kalın Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin 15 iyulda hәyata keçirdiyi dövlət çevrilişi cəhdinin cəmiyyəti bir-birinə daha da yaxınlaşdırdığını dedi.

Prezident Aparatının sözcüsü İbrahim Kalın Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin 15 iyulda hәyata keçirdiyi dövlət çevrilişi cəhdinin cəmiyyəti bir-birinə daha da yaxınlaşdırdığını dedi.
İ. Kalın "Tarixә və Milli Birliyə Şahidlik" proqramı çərçivəsində Balkan ölkələrindən Türkiyəyə gələn mətbuat heyətini Prezident İqamәgahında qəbul etdi.
İbrahim Kalın qəbul zamanı FETÖ-nun 15 iyul çevriliş cәhdinә toxunaraq: ‘‘Başqa ölkәlәrdә belə cəhdlər cәmiyyәtә vә iqtisadiyyata mәnfi tәhsir göstәrәrdi, lakin Türkiyәdә xalqı bir-birinә daha da yaxınlaşdırdı, iqtisadiyyatı isә güclәndirdi’’ dedi.
15 iyul dövlət çevrilişi cəhdinin tam mənası ilə hökuməti devirmək üçün hәyata keçirilmiş bir tәşәbbüs olduğunu vurğulayan İ.Kalın: "Türkiyə bu günə qədər çox sayda çevrilişlә üzlәşdi lakin belə bir tәşәbbüslә daha əvvəl heç qarşılaşmadı. FETÖ hər zaman güclünün yanında olmuş təşkilatdır. Qeyri-qanuni fəaliyyətlər içindədirlər, cinayətkar imperiya qurublar. FETÖ xidmәt adı ilә milyonlarla dollar pul toplayıb. Təhsil və yaxud da başqa sahələrdə gördükləri hiç bir işi şərəfləri ilə görməyiblər," deyә bildirdi.