“Türk axını” qaz boru kəmərinin ilk hissəsinin 2019-cu ildə tamamlanması planlaşdırılır

B.Albayrak: "Rusiya təbii qazını Türkiyəyə çatdıracaq “Türk axını” qaz boru kəmərinin tikintisinə 2017-ci ildə başlanılması planlaşdırılır".

597500
“Türk axını” qaz boru kəmərinin  ilk hissəsinin 2019-cu ildə tamamlanması planlaşdırılır

Enerji və Təbii Sərvətlər naziri Bərat Albayrak Rusiya təbii qazını Türkiyəyə çatdıracaq “Türk axını” qaz boru kəmərinin tikintisinə 2017-ci ildə başlanılmasının planlaşdırıldığını, ilk hissəsinin isə 2019-cu ildə tamamlanmasının nəzərə alındığını bildirib.

 Bu barədə Anadolu agentliyinə məlumat verən nazir vurğulayıb ki, “Türk axını” üzrə ikinci boru kəməri Avropa bazarının aqibəti ilə əlaqəlidir. “Türk axını” Türkiyənin xüsusilə Qərb ilə yaşana biləcək böhranların aradan qaldırılmasını təmin etmək üçün əhəmiyyətli bir layihədir. Layihənin ilk hissəsinin 2019-cu ildə tamamlanması üçün hər hansı bir gecikmə gözlənilmir.

Bərat Albayrak  Mersin vilayətinin Akkuyu qəsəbəsində tikilməsi planlaşdırılan “Akkuyu” Atom elektirik stansiyası layihəsinin daha sürətli şəkildə həyata keçirilməsi üçün fəaliyyətlərin davam etdiyini söyləyib.

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cəhdi ilə əlaqəli məlumat da verən nazir deyib ki, xarici mənbələrdən dəstəklənən təşkilat son bir ildə anlaşıldı. Terror təşkilatlarına qarşı mübarizəmiz qətiyyətli şəkildə və ən yüksək səviyyədə davam edir.

İraqın Mosul şəhərinin terror təşkilatı DEAŞ-dan təmizlənməsi üçün İraq Ordu Birlikləri, peşmerge qüvvələri və ümumilikdə Başika düşərgəsindəki Türk əsgərlərinin təlim keçdikləri Ninova mücahidlərinin oktyabrın 17-də başlatdığı əməliyyata da toxunan Albayrak deyib ki, Türkiyənin Mosul əməliyyatından kənarda tutulması düşünülə bilməz, bu sadəcə bölgənin deyil dünyanın probleminə çevrilib. Heç kəs bu millətin zəkası ilə ağlı ilə lağ etməsin.



Әlaqәli Xәbәrlәr