Parlamentlərarası Birliyin növbəti yığıncağında çevriliş cəhdi mövzulu stend açıılıb

Cenevrə şəhərində təşkil edilən Parlamentlərarası Birliyin növbəti yığıncağında Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyuldakı uğursuz çevriliş cəhdi mövzulu stend açılıb.

597095
Parlamentlərarası Birliyin növbəti yığıncağında çevriliş cəhdi mövzulu stend açıılıb

Türkiyədən millət vəkilləri İsveçrənin Cenevrə şəhərində təşkil edilən Parlamentlərarası Birliyin növbəti yığıncağında Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyuldakı uğursuz çevriliş cəhdi mövzulu stend açıb. 

Yığıncaqda Türkiyə heyətinə başçılıq edən Ədalət və İnkişaf Partiyasının Tokat şəhərindən millət vəkili Coşkun Çakır açdıqları stenddə 15 iyulu görüntülü və fərqli dillərdə dərc olunmuş kitabçalarla şərh etmə imkanı  əldə etdiklərini söyləyib.

Coşkun Çakır qeyd edib ki, cəmi 171 ölkədən minlərlə insanın iştirak etdiyi yığıncaqda açdığımız  stend maraqla qarşılandı. Builki yığıncağın əsas mövzusu bizim bölgəmizdə yaşadığımız problemlərlə üst-üstə düşür. Türkiyənin də dəstəyi ilə Suriyaya və Hələbə ediləcək humanitar yardımları əhatə edən təcili əsas gündəm maddəsi səsə qoyularaq qəbul edildi. Həmçinin dünyada qadın və uşaqların qarşılaşdıqları problemlər də müzakirə edildi.

Çakır keçirilən yığıncaqlar zamanı digər ölkələrdən gələn heyətlərlə də ikitərəfli görüşlər keçirdiklərini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr