B.Yıldırım: ‘‘Məsələ məmləkət məsələsi olanda kimin nə dediyinin bizim üçün əhəmiyyəti yoxdur’’

Türkiyənin Baş naziri  Binəli Yıldırım Әdalәt vә İnkişaf partiyasının  Afyonkarahisarda keçirilən 25-ci  Məşvərət və Qiymətləndirmə  toplantısında  çıxış edib.

595450

Baş nazir çıxışı zaman terrorla mübarizənin  qətiyyətlə davam etdiyini  vurğulayaraq: ‘‘ Bizi İraqda,  Suriyada  arxa  planda tutmağa çalışanlar ‘’Fərat Qalxanı’’ əməliyyatı və Başıkaya  nəzər salsınlar, ordakı ay ulduzlu bayrağımıza baxsınlar. Məsələ məmləkət məsələsi olanda kimin nə dediyinin bizim üçün əhəmiyyəti yoxdur. Ölkəmizi təhdid edən  təhlükələrə  və  hər növ terror fəaliyyətlərinə  qarşı heç kimdən icazə almadan mübarizə  aparacağıq’’ deyə qeyd edib.

Baş nazir çıxışı zamanı  həmçinin prezident üsul idarəsi və  konstitusiya ilə bağlı işlərin başa çatdığını söyləyərək: ''Təklifimizi ən qısa zamanda Məclisə təqdim edəcəyik’’ deyə  vurğulayıb.

Әlaqәli Xәbәrlәr