Vladimir Putin:"Türikiyə ilə "Türk Axını" layihəsini həyata keçirmək istəyirik"

Rusiya prezidenti Vladimir Putin İstanbulda keçirilən 23-cü Ümumdünya Energetika Konqresində çıxış etdi.

586709
Vladimir Putin:"Türikiyə ilə "Türk Axını" layihəsini həyata keçirmək istəyirik"

Rusiyanın dövlət başçısı Vladimir Putin Türkiyə ilə 'Türk Axını' layihəsini həyata keçirmək istədiklərini bildirdi.

 Vladimir Putin İstanbulda keçirilən 23-cü Ümumdünya Energetika Konqresində çıxış etdi.


 İnsanların yaşıl enerjiyə yönəldiyinin bir həqiqət olduğunu qeyd edən Putin: "Lakin neft və qaz istehlakı də davam edir. Beynəlxalq enerji proqramlarına görə, 20-30 il sonra yenə neft və qaza ehtiyacımız olacaq. 2020-ci ilə qədər neftin dünya enerji istehlakındakı payı  26%-ə qədər yüksələcək. Enerji təhlükəsizliyini koordinasiyalı təmin edə bilərik. Bəzi ölkələrin enerji məhdudiyyətləri qəbul edilməzdir" dedi.
 
 Ölkəsinin enerji ixracı baxımından etibarlı olacağını bildirən Rusiya prezidenti: "Türkiyə ilə "Türk Axını" layihəsini həyata keçirmək istəyirik" deyə vurğuladı.



Әlaqәli Xәbәrlәr