Mövlud Çavuşoğlu vә Con Kerri arasında telefon danışığı olub

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu vә ABŞ dövlәt katibi Con Kerri arasında telefon danışığı olub.

585590
Mövlud Çavuşoğlu vә Con Kerri arasında telefon danışığı olub

Әldә olunan mәlumata görә, görüş qarşı tәrәfin tәlәbi ilә hәyata keçirilib.

Görüşdә Suriya mәsәlәsinin müzakirә olunduğu bildirilir.

Diplomatik mənbələr, iki nazirin Suriyadakı zorakılığın  әn qısa zamanda  dayandırılması və siyasi həllin təmin olunması  mәsәlәlәrindә fikir mübadiləsi apardığını ifadə edib.

Görüşdə həmçinin  Suriya ilə bağlı  keçirilməsi nəzərdə tutulan görüşlərin cədvəli də müzakirə olunub.



Әlaqәli Xәbәrlәr