“Suriyada ABŞ-la Rusiyanın güc döyüşü gedir”, N.Kurtulmuş

Kurtulmuş deyib: “Bu vəkil döyüşləri son həddinə çatıb. Amerika Birləşmiş Ştatları və Rusiya arasında qarşıdurma cüzi məsafədədir. Hər biri öz gücünü göstərmə mübarizəsi aparır. Amma bunun sonu yoxdur, dayandırılmalıdır."

585208
“Suriyada ABŞ-la Rusiyanın güc döyüşü gedir”, N.Kurtulmuş

  Türkiyənin Baş nazir müavini Numan Kurtulmuş: “Türkiyə tarix boyu nə qədər xəyanət və kürəyə saplanan xəncərlər gördü, amma fətullahçıların törətdiyi xain çevriliş cəhdi kimi hadisə ilə qarşılaşmadı”, - deyib.

  Kurtulmuş Türkiyənin özəl bir televiziya kanalı proqramında gündəmlə bağlı açıqlamalar verib, sualları cavablandırıb və ən az 40 ildir dövlətin bütün qurumlarına girən, özünü gizlədən, yanlış etiqad təbliğat aparan, hərbi diktatorluğa cəhd edənlərin hamısının təmizlənəcəyinə işarə edib.

  Baş nazir müavini televiziya proqramında Suriya və İraq müharibələrinə də toxunub və bu ölkələrdəki döyüşləri “Suriyada ABŞ-la Rusiyanın güc döyüşü adlandırıb”.

  Kurtulmuş deyib: “Bu vəkil döyüşləri son həddinə çatıb. Amerika Birləşmiş Ştatları və Rusiya arasında qarşıdurma cüzi məsafədədir. Hər biri öz gücünü göstərmə mübarizəsi aparır. Amma bunun sonu yoxdur, dayandırılmalıdır. Suriyada, İraqda təcili sülh prosesi başlanılmalı, ölkələr DAEŞ təhdidindən qurtarılmalı, yerli xalqlar artıq ev-eşiklərinə qayıtmalıdır.”

  Numan Kurtulmuş Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı da ana gündəmin Suriya mövzusu olacağını, ortaq bir nöqtəyə gəlmək yollarının müzakirə ediləcəyini bildirib və deyib: “Heç bir ölkənin - nə Rusiya, nə də ABŞ-ın Suriyada təkbaşına sülh əldə etmək gücü yoxdur. Bunu bu qədər açıq söyləyirəm."

  İraq hökumətinin Mosul yaxınlığındakı Başika düşərgəsilə əlaqədar bəyanat barədə isə Türkiyənin Baş nazir müavini deyib: "Bunu ciddi qəbul etmirik… Mosul terror təşkilatı DAEŞ-dən qurtarılmayınca Türkiyə yerli xalqa hərbi təlim və dəstək verəcək. Türkiyə Mosul xalqına kömək üçün Mosuldadır. Bu dünən də belə idi, bu gün də belədir."



Әlaqәli Xәbәrlәr