Türkiyədə orta ömür müddəti 78 ildir

Türkiyədə orta ömür müddəti dəyişmədi, yenə 78 il olaraq hesablandı.

584020
Türkiyədə orta ömür müddəti 78 ildir

  Türkiyə Statistika Qurumu (TÜİK)  "Həyat Tabloları 2013-2015" statistikalarını açıqladı. Açıqlamada  gözlənilən orta ömür müddətinin Türkiyə  üçün bütövlükdə 78 il olaraq müəyyənləşdirildiyi bildirilir. 2014-ci il statistikaslnda da bu rəqəm 78 il olaraq hesablanmışdı.
 
Gözlənilən orta ömür müddəti kişilərdə 75,3 il, qadınlarda 80,7 il olaraq müəyyən olundu. Qadınlar kişilərdən daha uzun müddət yaşadıqları üçün gözlənilən orta ömür müddətindəki fərq 5,4 il olur.
 
 Türkiyədə 30 yaşlı bir insan üçün orta hesabla 49,7 il qalan həyat müddəti, kişilərdə 47,1 il, qadınlarda 52,1 il olaraq təsbit olundu. Bu yaş üçün qadın və kişi arasında gözlənilən həyat müddəti fərqi 5 il olaraq hesablandı.
 
 Türkiyə daxilində 50 yaşındakı bir adamın qalan həyat müddəti orta hesabla 30,6 il, bu müddət kişilərdə 28,3 il, qadınlarda 32,8 il olaraq müəyyənləşdirildi.
 
 Türkiyədə 65 yaşında olan bir nəfərin qalan həyat müddəti orta hesabla 17,8 il olaraq qeyd olundu, bu müddət kişilərdə 16,1 il, qadınlarda 19,4 il olur.



Әlaqәli Xәbәrlәr