Türkiydə suriyalı uşaqlar üçün təhsil layihəsi

Türkiyə Milli Təhsil Nazirliyi və Avropa İttifaqının Türkiyə Nümayəndəliyi arasında Türkiyədəki suriyalıların təhsili üçün Avropa İttifaqı tərəfindən təmin edilən 300 milyon avroluq dəstək layihəsi imzalanıb.

582178
Türkiydə suriyalı uşaqlar üçün təhsil layihəsi

  Layihə müvəqqəti qoruma altındakı suriyalı uşaqların Türkiyə təhsil sisteminə inteqrasiyasını dəstəkləməyi məqsəd qoyur.

  Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən hazırlanan layihəyə əsasən suriyalı şagirdlərdən 300 mini Türkiyə türkcəsində, 40 mini isə ərəb dilində təhsillə təmin ediləcək.

  Suriyalı 10 min şagirdə kompensasiya, 20 min şagirdə isə dəstəkləmə təhsili veriləcək. 50 min şagirdin isə təhsilinin yerdəyişməsi təmin olunacaq.

  Layihənin 2 il içində tamamlanması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr