Türkiyə Silahlı Qüvvələri İraqın şimalında hava əməliyyatı həyata keçirib

Baş Qərargah Rəisliyinin  internet səhifəsində sentyabrın 25-də ölkə daxilində önəmli hadisələrə dair məlumat verilib.

577345
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında hava əməliyyatı həyata keçirib

Baş Qərargah Rəisliyinin  internet səhifəsində sentyabrın 25-də ölkə daxilində önəmli hadisələrə dair məlumat verilib.

Buna görə İraqın şimalındakı Zap bölgəsində terrorçular tərəfindən istifadə olunduğu müəyyən edilən silah mərkəzi, sığınacaq və yaşayış yerləri həyata keçirilən hava əməliyyatı nəticəsində məhv edilib.

Hakkari vilayətininYüksəkova qəsəbəsinə havadan dəstək verilən əməliyyatlarda 12 PKK terrorçusu zərərsizləşdirilib.

Diyarbəkir vilayətinin Licə qəsəbəsində davam edən əməliyyatda isə tərrorçulara dəstək olan bir nəfər yaxalanıb.

660 min kənaf kolunun ələ keçirildiyi əməliyyatda 1 milyon 421 kənaf kolu məhv edilib.

Siirt vilayətinin Pərvari qəsəbəsində də bir terrorçu təhlükəsizlik qüvvələrinə silahsız və təchizatsız olaraq təslim olub.



Әlaqәli Xәbәrlәr