"Dünyada böhranlardan təsirlənən 130 milyon insan  var": Çavuşoğlu

Xarici işlər naziri Mevlüt Çavuşoğlu BMT həyətindəki sərgisinin açılış mǝrasiminǝ qatılıb.

575705
"Dünyada böhranlardan təsirlənən 130 milyon insan  var": Çavuşoğlu

İstanbulda tǝşkil edilǝn Dünya Humanitar Zirvə toplantısı çǝrçivǝsindǝ hazırlanan "One Humanity" adlı divar rǝsminin, BMT həyətindəki sərgisinin açılış  mǝrasiminǝ   qatılan  Xarici  işlǝr  naziri  Mevlüt Çavuşoğlu, Prezident Rəcəb Tayyib Ərdoğan ilə BMT Baş katibi Pan Gİ-Munun 4 ay əvvəl İstanbulda bu divar  rǝsmini imzaladıqlarını xatırlmadıb. Bu imzaların yalnız sammitin sonu deyil, eyni zamanda insanlığın daha yaxşı ortaq gələcəyə sahib olması uğrunda atılası   addımların başlanğıcı mənasını  verdiyini   bildirib.

İstanbuldakı zirvə  toplantısına  180 ölkədən 9 minǝ  qǝdǝr nümayǝndǝnin  iştirak   etdiyini ifadǝ edǝn Çavuşoğlu: “Qlobal qərar verənlərǝ hümanitarlığı  mǝnimsǝtmǝk  ortaq  hǝdǝfimizdir.  Hazırda dünyada böhranlardan təsirlənən 130 milyon insan var və bu divar rǝsmi bizǝ insanlığa qarşı məsuliyyətimizi xatırlatması baxımından böyük əhəmiyyət daşıyır. Bu, yardıma möhtac olan vǝ izdirab çǝkǝn insanlar üçün qlobal birlikdəlik və həmrəylik ruhudur. Bu divar  rǝsmi, daha yaxşı bir gələcək uğrunda edilən mübarizənin simvoludur”  deyǝ  vurğulayıb. 

BMT baş katibinin müavini və Humanitar İşlər və Fövqəladə Hallar koordinatoru Stephen O'Brien isə, Türkiyənin  uğurla   reallaşan  Dünya Humanitar sammitinə ev sahibliyi etdiyini xatırladıb. BMT tarixində ilk dəfə 185 ölkənin liderlərinin insanlığın çəkdiyi ağrılara  dǝrman   olmaq   mǝqsǝdiylǝ  araya gəldiyini   ifadǝ  edǝn  Stephen O'Brien: “Bu gün dünyada böhranlardan təsirlənən 130 milyon insan var və bu divar rǝsmi bizə insanlığa qarşı məsuliyyətimizi xatırlatması baxımından böyük əhəmiyyət daşıyır. Böhranların həllində  uğurlu  olmalıyıq. Bunun  üçün verilən sözlərǝ  ǝmǝl  etmǝk  mǝcburiyyǝtindǝyik”  deyǝ  vurğulayıb



Әlaqәli Xәbәrlәr