Varşavada “Türkiyədə 15 iyul çevriliş cəhdi” başlıqlı konfrans

15 iyul çevriliş cəhdi Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 23 sentyabrda Polşanın paytaxtı Varşavada təşkil edəcəyi yığıncaqda avropalılara izah ediləcək.

575142
Varşavada “Türkiyədə 15 iyul çevriliş cəhdi” başlıqlı konfrans

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul çevriliş cəhdi Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 23 sentyabrda Polşanın paytaxtı Varşavada təşkil edəcəyi yığıncaqda avropalılara izah ediləcək.

Mərkəzi qərargahı Ankarada yerləşən qeyri-hökumət təşkilatı “Dünya Ədalət Forumu” Varşavada ATƏT-in Humanitar işlərlə əlaqəli yığıncağı çərçivəsində “Türkiyədə 15 iyul çevriliş cəhdi” başlıqlı konfrans təşkil edəcək.

Forumun sədri Asım Durmuş çevriliş cəhdinin bütün dünya tərəfindən başa düşülməsinin əhəmiyyətini vurğulayaraq deyib ki, ölkəmizi və demokratiyamızı sevirik və ona həyatımız bahasına yiyə duracağıq. Konfransda ölkəmizdəki çevriliş cəhdinin demokratiyamıza, insanımıza və dünya sülhünə istiqamətli olduğunu izah etməklə yanaşı Türk millətinin çəvrilişin qarşısını necə aldığını və demokratiyaya qəlbən necə sadiq olduğu da vurğulanacaq.



Әlaqәli Xәbәrlәr