Mövlud Çavuşoğlu ilə John Kerry arasında telefon görüşü oldu
Görüş Çavuşoğlunun Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 17-ci sammitində iştirak etmək üçün Venesuelada olduğu zaman Kerrynin təşəbbüsü ilə baş tutdu.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Amerika Birləşmiş Ştatlarının dövlət katibi John Kerry arasında telefon görüşü oldu.
Görüş Çavuşoğlunun Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 17-ci sammitində iştirak etmək üçün Venesuelada olduğu zaman Kerrynin təşəbbüsü ilə baş tutdu.
Görüşdə münaqişələrin dayandırılması barədə razılaşmanın həyata keçirilməsi ilə Suriyada ehtiyac içində olan insanlara humanitar yardımların çatdırılması başda olmaqla, Suriya gündəmi müzakirə olundu.
Nazir Çavuşoğlu münaqişələrin dayandırılması barədə razılığa rəğmən rejim qüvvələri tərəfindən pozuntu hallarına yol verilməsinə diqqət çəkdi.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (18 aprel)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 318 ölüm faktı qeydə alınıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb
Türkiyənin Milli Müdafiə Nazirliyi terrorçulara qarşı aparılan mübarizə ilə bağlı paylaşım edib.