Antalyaya 12 gündə 30 mindən çox rus turist gəldi

Bu ilin sonuna qədər Rusiyadan 300- 350 min sərnişin gözlənilir.

571943
Antalyaya 12 gündə 30 mindən çox rus turist gəldi

 Rusiyanın Türkiyəyə tətbiq etdiyi charter qadağası aradan qaldırıldıqdan sonra ilk charter uçuşu sentyabrın 2-də Moskva- Antalya reysi iə həyata keçirildi və bu reys Antalya Hava Limanına 309 rus turisti endirdi.
 
 Antalyaya 2-14 sentyabr tarixləri arasında 239 charter uçuşu ilə 30 min 859 rus turist gəlib.
 
 Oktyabrın sonuna qədər 550 charter uçuşu da planlaşdırılır. Bu uçuşlarla da təxminən 100 min rus turistin gəlməsi gözlənilir.
 
 Müntəzəm uçuşlarda da Rus turistlərinin fəallığı davam edir.
 
Bu ilin sonuna qədər Rusiyadan 300- 350 min sərnişin gözlənilir.
 
 Rus turistinin Antalya və Türkiyəyə olan tələbatının çox yüksək olduğu, əlavə reyslərin planlaşdırılması halında sərnişin sayının yüksələcəyi bildirilir.



Әlaqәli Xәbәrlәr