Bayram namazından sonra bələdiyyə sədrləri məsələsinə toxundular

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terror təşkilatı PKK-KCK və Fətulahçı Terror Təşkilatına (FETÖ) kömək və dəstək verənlərin istintaqları nəticəsində işdən çıxarılan 28 bələdiyyə sədrinin yerinə qəyyum təyini qərarını “gecikmiş addım” sayıb

569775
Bayram namazından sonra bələdiyyə sədrləri məsələsinə toxundular

  Ərdoğan Qurban Bayramı namazını nəvələri Ömər Tayyib Ərdoğan və Əhməd Akif Albayrakla İstanbulda Meşə Region Müdirliyi içərisindəki Fatih Meşəsi məscidində qılıb.

  28 bələdiyyə sədri fərmanlarının vəzifə qərarlarının daha əvvəl verilməsi lazım olduğunu deyən dövlət başçısı bələdiyyə xidmətinin bundan sonra çox yaxşı veriləcəyinə inamını dilə gətirib.

  Bayram namazını İstanbulun Üsküdar rayonundakı Marmara Universiteti İlahiyyat Fakültəsi Tatbikat məscidində qılan Baş nazir Binəli Yıldırım da mövzuyla bağlı danışıb: "Təəssüf ki, bəzi bələdiyyələr terror təşkilatının sanki mərkəzi halına gəlib. Dövlətin qaynaqlarını, millətin vergilərini, şəhərin, rayonun, diyarın gözəlləşməsi üçün ayrılan pulları terror təşkilatına ötürməklə məşğuldur. Vəzifəsindən götürülən bələdiyyələrin hamısı bu vəziyyətdə idi. Bunlar edilən istintaqlar nəticəsində ortaya qoyulmuş həqiqətlərdir. Bu səbəbdən bəzilərinin Türkiyəyə demokratiya dərsi verməsini əsla qəbul etmək mümkün deyil."

  Muş şəhərində Bayram namazından sonra Daxili İşlər naziri Süleyman Soylu da bu barədə belə deyib: ''Seçilmək hüququn və demokratiyanın qəsb etmək mənasını vermir, əksinə, hüququ mühafizə etmək deməkdir''.

  Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli də partiyasının qurucusu Alparslan Türkeşin məzarını ziyarət etdikdən sonra jurnalistlərə verdiyi şərhdə bələdiyyə sədrləri üçün verilən qərarları terrorla mübarizə şəraitində doğru addım kimi dəyərləndirib.



Әlaqәli Xәbәrlәr