Ərdoğan və Putin “Hələbdə atəşkəs”i müzakirə ediblər

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə telefonla danışıb.

568039
Ərdoğan və Putin “Hələbdə atəşkəs”i müzakirə ediblər

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə telefonla danışıb.

Cümhurbaşqanlığı mənbələrindən əldə edilən məlumata əsasən, danışıqlar zamanı ikitərəfli əlaqələr və Suriyadakı son vəziyyət əsas diqqət mərkəzində olub.

Dövlət başçısı Hələbdə ən yaxın zamanda atəşkəsin təmin edilməsinin daşıdığı əhəmiyyətə diqqət çəkib.

Dövlət başçısı Ərdoğan və Rusiya prezidenti Putin Qurban bayramına görə Hələbdə atəşkəsin təmin edilməsi üçün ABŞ ilə müzakirələrin keçirildiyini dilə gətiriblər.

Tərəflər Suriyada münaqişənin nizamlanması üzrə səylərin koordinasiyası məqsədilə müxtəlif kanallar vasitəsilə əlaqələri davam etdirmək barədə razılaşıblar.

“Fərat Qalxanı” əməliyyatının da müzakirə edildiyi danıqışlarda iki lider Türkiyənin sərhəd məntəqəsinin başda DAİŞ olmaqla terror təşkilatlarından təmizlənməsinin önəmli olduğunu bildirib.

Dövlət başçısı Ərdoğan telefon danışığında Cerablus və Əl Rainin sakinlərinin Türkiyədən öz ev-eşiklərinə qayıtmağa başladıqlarına da toxunub.

Danışıqlarda “Akkuyu” Atom Elektirik Stansiyasının inşası və “Türk axını” da daxil olmaqla enerji sektorundakı əməkdaşlıq, Rusiya-Türkiyə arasındakı Çarter səfərlərinin başlaması kimi ikitərəfli əlaqələr də müzakirə edilib.

Ərdoğan və Putin ikitərəfli əlaqələrin normallaşmasından və Sank-Peterburq ilə Çində keçirilən görüşlərdə razılıq əldə olunan mövzuların həyata keçirilməsindən məmnuniyyətlərini də ifadə ediblər.



Әlaqәli Xәbәrlәr