TSK: "Suriyada 10 bölgəyə Azad Suriya Ordusunun nəzarəti təmin edildi"

"Fərat Qalxanı" əməliyyatının11-ci günündə Suriyada 10 bölgəyə Azad Suriya Ordusunun nəzarəti təmin edildi.

TSK: "Suriyada 10 bölgəyə Azad Suriya Ordusunun nəzarəti təmin edildi"

Türkiyə Silahlı Qüvvələri (TSK)   "Fərat Qalxanı" əməliyyatının11-ci günündə Azad Suriya Ordusunun Suriyada Əl Athariyah, Şeyx Yaqub, Vukuf, Ayyaşa və Əl Mutminahın da aralarında olduğu 10 bölgəyə nəzarətinin təmin edildiyini bildirdi.
 
 TSK-dan verilən açıqlamada  atəş dəstək vasitələri tərəfindən saat 11.11-dən 19.00-a qədər əməliyyat sahəsindəki terror təşkilatı DAEŞ-ə aid 20 hədəfə 52 Fırtına və 20 minaatan mərmisinin atıldığını bildirilir.
 
 Açıqlamada "Fərat Qalxanı" əməliyyatının başladığı gündən etibarən 300 hədəfə 1306 dəfə atəş açıldığı qeyd edilir
 
 Açıqlamada, eyni zamanda, Suriyanın şimalında  koalisiya əməliyyatlarına dəstək verən TSK-nın regionda yaşayan dinc əhalinin zərər görməməsi üçün hər növ tədbir gördüyü və bu məsələdə maksimum həssaslıq göstərdiyi vurğulanır.



Әlaqәli Xәbәrlәr