“30 Avqust Zəfəri Günü düşmənlərə dərs olmalıdır”, R.T.Ərdoğan

Ərdoğan 30 Avqust Zəfər Bayramının ildönümü münasibətilə xalqı təbrik edib

561606
“30 Avqust Zəfəri Günü düşmənlərə dərs olmalıdır”, R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terror təşkilatları arasında ayrı-seçkilik etmədən vətəndaşlarının can təhlükəsizliyini təmin edəcək addımları həm məmləkət içində, həm də yuva qurduğu qonşu ölkələrdə atmağa qərarlı olduqlarını bildirib.

  Ərdoğan 30 Avqust Zəfər Bayramının ildönümü münasibətilə xalqı təbrik edib.

  Cerablus hərəkatına da toxunan ölkə başçısı deyib: "Əməliyyatlar DAEŞ, PKK və onun Suriya qolu YPG kimi terror təşkilatlarına qarşı vətəndaşlarımıza təhdid olmayana qədər davam edəcək… Türkiyəni öz yolundan saxlamaq istəyən terror təşkilatlarının xain hücumlarına baxmayaraq, bu xəyanət şəbəkələrini məğlubiyyətə uğradana qədər birlik və həmrəylik içində mübarizə sürəcək… 30 Avqust Zəfəri Günü ölkəmizin birliyinə, dirliyinə və bu torpaqlardakı varlığına göz dikən terror təşkilatları və mərkəzlərinə dərs olmalıdır. 15 iyul qanlı çevriliş cəhdi qarşısında millətimizin ortaya qoyduğu rəftar bu torpaqlarda böyük müqavimət ruhunun nə qədər diri olduğunun ifadəsidir."



Әlaqәli Xәbәrlәr