Dünyanın ən geniş və uzun rels sisteminə malik “asma körpü”sü bugün açılır

Türkiyə və dünya mühəndislik tarixi üçün nəhəng layihələrdən biri olma xüsusiyyətinə sahib Yavuz Sultan Səlim Körpüsü bugün mərasimlə açılacaq.

Dünyanın ən geniş və uzun rels sisteminə malik “asma körpü”sü bugün açılır

Türkiyə və dünya mühəndislik tarixi üçün nəhəng layihələrdən biri olma xüsusiyyətinə sahib Yavuz Sultan Səlim Körpüsü bugün mərasimlə açılacaq. Mərasimdə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.    

Baş nazir Binalı Yıldırımın da iştirak edəcəyi açılış mərasimində, Bəhreyn Kralı İsa Bin Salman Əl Xəlifə, Bosniya və Herseqovina prezident Şurasının sədri Bakir İzətbeqoviç, Makedoniya prezidenti Gyorge İvanov, Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı, Bolqarıstan Baş naziri Boyko Borisov, Pakistanın Pəncab Əyaləti Baş naziri Şahbaz Şərif, Serbiya Baş nazirinin köməkçisi Rasim Ljajic, Gürcüstan Baş nazirinin birinci müavini Dmitri Kumsisihvil ilə yanaşı çox sayda ölkənin nəqliyyat və iqtisadiyyat nazirləri də iştirak edəcəklər.

Tik-işləd-təhvil ver” modeli ilə təqribən 39 ayda tamamlanan körpü təxminən 4,5 milyard dollara başa gəlib.

Avropa ilə Asiya qitəsini birləşdirəcək bu üçüncü körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb.

 IX Osmanlı padşahı Yavuz Sultan Səlimin adı verilən körpünün eni 59 metr, uzunluğu 1408 metrdir.



Әlaqәli Xәbәrlәr