Rəsmi Ankara Vyanadakı səfirini geri çağırması səbəbini açıqlayıb

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu moldovalı həmkarı Andrei Qalbur ilə təkbətək və heyətlərarası görüşlərindən sonra birgə mətbuat konfransında çıxış edib.

557184
Rəsmi Ankara Vyanadakı səfirini geri çağırması səbəbini açıqlayıb

 

Türkiyə-Avstriya arasında əməkdaşlığın davam etməsində normal şəraitin olmamasını bildirən Mövlud Çavuşoğlu vurğulayıb ki, Vyanadakı səfirin geri çağırılmasının səbəbi mövcud problemlərlə bağlı məsləhətləşmələr aparmaq və əlaqələri yenidə nəzərdən keçirtməkdir.

Xarici İşlər naziri deyib ki, Avstriya son dövrdə xarici düşmənçilik, irqçilik meyilləri və İslam əleyhdarlığının mərkəzi olan ölkə halına gəlib. Ölkə Avropa xalqlarında Türkiyəyə dair mənfi münasibət yaratmaq məqsədi ilə atdığı addımları, Türkiyə-Avropa İttifaqı əlaqələrini sorğuya çəkməsi və sanki təhdidi dostluq kimi təqdim edir.

Mövlud Çavuşoğlu vurğulayıb ki, Avstriya Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETO/PDY) 15 iyul çeviriliş cəhdi və sonra Türkiyəni dəstəkləmək əvəzinə tərs bir mövqe tutub.

Türkiyə vətəndaşlarının demokratiyasına sahib çıxması məqsədi ilə  dinc nümayiş keçirməsi üçün hər hansı bir ölkədən icazə almaq kimi öhdəliyinin olmamasını deyən Xarici İşlər naziri: “bizə “sərbəst toplaşmaq azadlığı” dərsi verməyə çalışırsınız, lakin sülhlə keçirilən tədbirlərə icazə vermirsiniz. Buna etirazımızı bildiririk. Lakin onu da gördük ki, terror təşkilatı PKK və tərəfdaşlarına Vyanada nümayiş keçirilməsinə icazə verilib. Bu səmimiyyətə uyğun gəlmir. Buna görə də  terrora dəstək verən belə mövqeyə laqeyid qala bilmərik.”deyə əlavə edib.

Türkiyə-Avstriya əlaqələrinin normal axınının dayandığını vurğulayan Mövlud Çavuşoğlu bütün bunlara baxmayaraq Vyana səfiri Mehmet Hasan Göyüşü məsləhətləşmələr məqsədi ilə Ankaraya çağırdıqlarını qeyd edib.



Әlaqәli Xәbәrlәr