TSK bütün terror təşkilatlarına qarşı qəti mübarizəsini davam etdirir

Türkiyə Silahlı Qüvvələri bütün terror təşkilatlarına və istənilən təhdidə qarşı mübarizəni əzm və qətiyyətlə davam etdirir.

556391
TSK bütün terror təşkilatlarına qarşı qəti mübarizəsini davam etdirir

Türkiyə Silahlı Qüvvələri bütün terror təşkilatlarına və istənilən təhdidə qarşı mübarizəni əzm və qətiyyətlə davam etdirir.

Baş Qərargahın yazılı açıqlamasında Qaziantepdə ötən şənbə axşamı törədilən və 51 nəfərin ölümünə, 69 nəfərinsə yaralanmasına səbəb olan terror hadisəsi kəskin pislənir.

Terrorçuların layiq olduqları cəzanı alacaqlarının qeyd olunduğu açıqlamada vurğulanır ki, Türkiyə Silahlı Qüvvələri bütün terror təşkilatları və istənilən təhdid və təhlükəyə qarşı günahsız bir vətəndaşın telinə belə ziyan vermədən, millətin və dövlətin əmri ilə jandarma, polis və mühafizəçilərlə bərabər mübarizəni əzm və qətiyyətlə davam etdirəcək.

Yazılı açıqlamada: “Gözü dönmüş canilər millətin həmrəyliyini və sahib olduğu 18 Mart və 15 İyul ruhunu əsla yox edə bilməyəcək”-deyə qeyd edilir.



Әlaqәli Xәbәrlәr