Çevriliş cəhdindən sonra Aİ-dan Türkiyəyə ilk xarici işlər naziri səfəri bu gün baş tutacaq

Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul çevriliş cəhdindən sonra Avropa İttifaqından Türkiyəyə ilk xarici işlər naziri səfəri bu gün baş tutacaq.

556384

 Litvanın Xarici İşlər naziri Linas Linkevicius Ankarada rəsmi səfərdə olacaq.

 Litva Xarici İşlər Nazirliyindən verilən açıklamada bildirilib ki, Linkevicius Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Görüşdə iki ölkə arasındakı əməkdaşlıq, Türkiyə-Avropa İttifaqı arasındakı əlaqələr, Varşavada reallaşan NATO sammiti, Rusiya ilə münasibətlər, Ukraynadakı vəziyyət, Suriya və gündəmdəki digər beynəlxalq məsələlərin müzakirə olunacağı bildirilib.

 Açıqlamada Linkeviciusun 15 iyuldan sonra Aİ və NATO ölkələri arasında Türkiyə səfər edəcək ilk xarici işlər naziri olacağı vurğulanıb. Həmçinin litvalı nazirin Ankara səfəri çərçivəsində dövlət çevrilişi cəhdi zamanı ağır ziyan dəyən Türkiyə Böyük Millət Məclisi binasını da ziyarət edəcəyi bildirilib.

 Linkevicius daha əvvəl Türkiyənin Vilnüs məfiri Aydan Yamancan ilə görüşərək dövlət çevrilişi cəhdini sərt şəkildə pislədiyini və Türkiyəni qətiyyəhls şəkildə dəstəklədiyini söyləmişdi.

Әlaqәli Xәbәrlәr