Humanitar böhranlara qarşı dönüş nöqtəsi

Türkiyə 23-24 mayda İstanbulun ev sahipliyilə ilk dəfə təşkil edilən Beynəlxalq Humanitar Zirvə Toplantısının humanitar böhranlara qarşı mübarizə baxımından dönüş nöqtəsi olduğunu bəyan edib

555161
Humanitar böhranlara qarşı dönüş nöqtəsi

  Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda Birləşmiş Millətlər Təşkilatının (BMT) Bağdaddakı mərkəzinə 19 avqust 2003-cü ildə təşkil edilən bombalı hücumda həyatını itirən 22 humanitar yardım işçisinin xatirəsinə 19 avqust gününün BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Humanitar Yardım Günü elan edildiyi xatırladılıb. Eyni zamanda, şərhdə bu ifadələrə yer verilib: "Son zamanlar humanitar yardımlar sahəsində aktiv şəkildə önə çıxan və başlıca donor ölkələrdən biri olan Türkiyənin ev sahibliyilə tarixdə ilk dəfə bu il İstanbulda 23-24 may tarixlərində Beynəlxalq Humanitar Zirvə Toplantısı təşkil edildi. Humanitar böhranlarla tam olaraq necə mübarizə aparmağın əsaslarını ortaya qoyması baxımından Toplantı dönüş nöqtəsi oldu. Əksər dövlətlərin iştirakıyla keçən İstanbul Beynəlxalq Humanitar Zirvə Toplantısından sonra da bu mübarizənin həmrəylik ruhu ilə davam etdirilməsinə, milyonlarla insana dinclik və səadət gətirməsinə və müvəffəqiyyətlə nəticələnməsinə ümid edirik."



Әlaqәli Xәbәrlәr