Van vilayətinin İpəkyolu qəsəbəsində terror hücumu nəticəsində 3 nəfər həyatını itirib

Van vilayətinin İpəkyolu qəsəbəsində polis mərkəzinə edilən hücumda biri polis olmaqla üç nəfər həyatını itirib, 20-si polis 73 nəfər yaralanıb.

554097

Terrorçular polis mərkəzinə bomba yerləşdirilmiş avtomobillə hücum ediblər.

Yaralı 73 nəfərdən üçünün vəziyyətinin ağır olduğu bildirilib.

Digər tərəfdən partlayıcı yerləşdirilmiş avtomobili polis mərkəzinin qabağına gətirdiyi müəyyən edilən terrorçu yaralı vəziyyətdə yaxalanıb.

Terror hücumundan sonra polisevi və polis mərkəzinin yerləşdiyi bölgəyə gələn vətəndaşlar terror təşkilatı PKK-nı lənətləyiblər. Şəhərdə ümumi olaraq havadan dəstəklənən əməliyyat  başladılıb.

Әlaqәli Xәbәrlәr