Ömər Çəlik ilə Alan Dunkan arasında telefon danışığı olub
Avropa İttifaqı naziri Ömər Çəlik ilə Böyük Britaniyanın Avropa naziri Alan Dunkan arasında telefon danışığı olub.

Avropa İttifaqı naziri Ömər Çəlik ilə Böyük Britaniyanın Avropa naziri Alan Dunkan arasında telefon danışığı olub.
Çəlik görüşdə Dunkana çevriliş cəhdindən sonra Türkiyəyə reallaşdırdığı səfərə və göstərdiyi həmrəyliyə görə təşəkkür edib.
Avropa İttifaqı Nazirliyindən əldə edilən məlumata əsasən Ömər Çəlik həmkarına Türkiyədə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinə (FETÖ/PDY) qarşı görülən tədbirlər barədə məlumat verib.
Alan Dunkan isə terrorla mübarizədə Türkiyə ilə hər zaman həmrəy olduqlarını və olmaqda da davam edəcəklərini söyləyib.
Avropa İttifaqı naziri Ömər Çəlik böyük Böyük Britanyanın Avropa İttifaqından çıxma qərarından sonra Avropa naziri kimi təyin olunan Dunkana vəzifəsində uğurlar diləyib.
İki nazirin yaxın gələcəkdə bir araya gələrək görüş keçirmək barədə razılaşdıqları da bildirilib.
Әlaqәli Xәbәrlәr

Türkiyə Misirə başsağlığı verib
Türkiyə Misirdə baş verən qatar qəzası ilə əlaqədar başsağlığı ünvanlayıb.