Türkiyə ilə İsrail arasında yeni razılaşma layihəsi təqdim edilib

Türkiyə ilə İsrail arasındakı münasibətlərin normallaşması məqsədi ilə hazırlanan beynəlxalq razılaşma layihəsi Türkiyə Böyük Milli Məclisi Sədrliyinə təqdim edilib.

553853

Razılaşmaya əsasən İsrail 25 gün ərzində Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək, Türkiyə isə öz növbəsində İsrailə qarşı qaldırılan Mavi Mərmərə iddialarından imtina edəcək.

İngilis, İvrit və Türk dillərində hazırlan razılaşma mətnində hər hansı məna fərqi ortaya çıxarsa, ingilis dilli mətn əsas götürüləcək.
Xatırladaq ki, həftənin ilk günü Xarici İşlər naziri Mövlud Çavuşoğlu razılaşma üçün dəstək istəmişdi.
Adı çəkilən razılaşma layihəsi 17: 00-da baş tutacaq Xarici İşlər Komissiyasında müzakirə ediləcək.

Әlaqәli Xәbәrlәr