Mustafa Akıncı rəsmi səfərlə Türkiyəyə gəldi

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin ( Şimali Kıpr Türk Respublikası) prezidenti Mustafa Akıncı: " Türkiyə prezidenti ilə görüşmək  ehtiyacı hiss etdim"  dedi.

553346
Mustafa Akıncı rəsmi səfərlə Türkiyəyə gəldi

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin ( Şimali Kıpr Türk Respublikası) prezidenti Mustafa Akıncı rəsmi səfərlə Türkiyəyə gəldi.
 
 Prezident Akıncı Ankaraya gəlməzdən əvvəl Ercan hava limanında verdiyi açıqlamada prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşmək təşəbbüsünün özünə aid olduğunu söylədi.
 
İntensiv  danışıqların ikinci mərhələsinin başlayacağını xatırladan Akıncı bu mərhələdə zəmanətlər kimi mühüm məsələlərin müzakirə olunacağını vurğuladı.
 
 Akıncı: "Belə mühüm məsələlərin gündəmdə olduğu bir vaxtda Türkiyə prezidenti ilə görüşmək  ehtiyacı hiss etdim"  dedi.
 
 Mustafa Akıncı səfərinin15 iyul xain dövlət çevrilişi cəhdində şəhid olanlarla əlaqədar başsağlığını şəxsən vermək üçün də bir fürsət olacağını vurğuladı.
 
Mustafa Akıncı  Ankarada prezident Rəcəb Tayyib Ərdoğan və baş bazir Binəli Yıldırım ilə  görüşəcək.
 
 Akıncı Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin dövlət çevrilişi cəhdi zamanı  bombalanan Türkiyə Böyük Millət Məclisinə də gedəcək.



Әlaqәli Xәbәrlәr