Vyana hava limanında Türkiyəyə qarşı ikinci təxribat

Avstriyanın paytaxtı Vyana hava limanında likinci dəfə Türkiyəyə qarşı təxribat törədildi.

551338
Vyana hava limanında Türkiyəyə qarşı ikinci təxribat

 Vyanadakı Schwechat Beynəlxalq Hava Limanında ikinci dəfə Türkiyə əleyhinə elan asıldı.

Avstriya mediasındaTürkiyəyə qarşı qara təbliğat məqsədi daşıyan elan sərt reaksiyaya səbəb oldu.
 
 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sözügedən elanın qaldırılması üçün təşəbbüs göstərdi. Vyana Səfirliyinin müdaxiləsi nəticəsindəTürkiyəni qaralama məqsədi daşıyan qalmaqallı elan hava limanındakı ekrandan  qaldırıldı.

 Hava limanındakı ikinci qalmaqaldan sonra Avstriyanın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq Türkiyənin etirazı dilə gətirildi.
 
 Xatırladaq ki, keçən həftə də Vyana Schwechat Beynəlxalq Hava Limanındakı ekranda Türkiyə və prezident Ərdoğan əleyhinə elan yerləşdirilmiş və Türkiyə Xarici İşlər Nazirliyinin müdaxiləsi nəticəsində  qaldırılmışdı.



Әlaqәli Xәbәrlәr