Mövlud Çavuşoğlu Yaponiyanın Kyodo Xəbər Agentliyinə müsahibə verdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu müsahibəsində Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi, Türkiyə-Rusiya əlaqələri və Suriya məsələləri ilə əlaqədar açıqlamalar verib.

551337
Mövlud Çavuşoğlu  Yaponiyanın Kyodo Xəbər Agentliyinə müsahibə verdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçısı Gülənin ekstradisiyası tələbinə Amerika Birləşmiş Ştatlarından cavab gəlməzsə, bu vəziyyətin iki ölkə münasibətlərinə təsirinin qaçılmaz olacağını dedi.
 
 Nazir Çavuşoğlu Yaponiyanın Kyodo Xəbər Agentliyinə FETÖ/PDY-nin 15 iyuldakı çevriliş cəhdi və sonra olan hadisələrlə əlaqədar müsahibə verdi.
 
 Çavuşoğlu çevriliş cəhdindən sonra FETÖ ilə əlaqəli şəxslərlə bağlı istintaqın konstitusiya və qanunlar çərçivəsində aparıldığını söylədi.
 
 Xarici işlər naziri çevriliş cəhdinin Türkiyə iqtisadiyyatına təsiri mövzusunda isə, Türkiyənin lazımi tədbirlər gördüyünü bildirdi, yapon firmalarını Türkiyəyə sərmayə qoymağa çağırdı.
 
Çavuşoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri haqqındakı sualı cavablandırarkən  təyyarənin vurulması hadisəsindən sonra Rusiya ilə pozulan əlaqələrin düzəldildiyini qeyd etdi, bunun bölgədəki problemlərin həllinə də yardımçı olacağını xatırlatdı.
 
 Mövlud Çavuşoğlu, eyni zamanda, Türkiyənin Suriyanın dövlət başçısı Bəşər Əsədlə bağlı mövqeyində bir dəyişiklik olmayacağını təkrar etdi.



Әlaqәli Xәbәrlәr