Diyәrbәkirdә 2 әsgәr şәhid olub

Türkiyәnin Diyarbәkir şәhәrindә terror tәşkilatı  PKK-nın tәşkil etdiyi  hücum nәticәsindә  2 əsgər şəhid olub, 2 əsgər dә  yaralanıb.

548736
Diyәrbәkirdә 2 әsgәr şәhid olub

 Şırnak vilayətinin Beytüşebap qəsəbəsində hәrbi avtomobil keçdiyi  zaman baş verən partlayışda 4 əsgər şəhid olub.

Habur sərhəd keçid məntəqəsində növbәyә gedәn  əsgərləri daşıyan avtomobilin  keçdiyi zaman  terrorçuların yol kәnarına әvvәlcәdәn  yerlәşdirdiklәri  bombanın partlaması nәticәsindә 9 əsgər də yaralanıb.

Yaralanan  əsgərlərdən bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Bu arada  İraqın şimalında da avtomobilə iri çaplı silahlardan  atəş açılıb.

Partlayışdan sonra  tәhlükәsizlik qüvvәlәri  bölgədə geniş miqyaslı əməliyyat başladıb. 

Diyarbәkir şәhәrindә də terror tәşkilatı  PKK-nın tәşkil  etdiyi  hücum nәticәsindә  2 əsgər şəhid olub, 2 əsgər dә  yaralanıb.

 Licә-Kulp bölgәsindә PKK-ya qarşı hәyata keçirilәn әmәliyyatlar zamanı terrorçular  tәhlükәsizlik qüvvәlәrinә  iri çaplı silahlarla hücum edib.

Baş verәn qarşıdurma nәticәsindә  1 әsgәr şәhid olub, 3 әsgәr dә yaralanıb.

Diyәrbәkirdәki  hәrbi xәstәxanaya aparılan әsgәrlәrdәn biri dә edilәn bütüb tibbi müdaxilәlәrә baxmayaraq şәhid olub.

 Qeyd edәk ki, bölgәdә  antiterror әmәliyyatları davam edir.



Әlaqәli Xәbәrlәr