Türk Axını müzakirələri yeni sürətdə

Novak Türkiyə və Rusiya liderlərinin Sankt-Peterburq görüşündən sonra açıqlama verib

548650
Türk Axını müzakirələri yeni sürətdə

  Rusiyanın Enerji naziri Aleksandr Novak Türk Axını təbii qaz boru xətti layihəsi tikintisinin 2019-cu ilin ikinci yarısında başlanacağını söyləyib.

  Novak Türkiyə və Rusiya liderlərinin Sankt-Peterburq görüşündən sonra açıqlama verib.

  Türk Axını layihəsində ilk xəttin 2019-cu ilin ikinci yarısında inşa ediləcəyini söyləyən Novak deyib: "Türkiyə Enerji Nazirliyi ilə sıx şəkildə çalışacağıq… Rusiya layihənin yol xəritəsini hazırlayaraq Ankaraya verib. Türkiyə prosesləri sürətləndirməlidir… Türk Axını layihəsinin reallaşdırılması üçün bugünkü danışıqlar nəticəsində iş qrupu yaradılması qərara alınıb… Hal-hazırda layihədə iki xətt inşa edilməsi düşünülür.”

  Qeyd edək ki, R.T.Ərdoğan və V.Putin bu gün reallaşdırdıqları görüşdən sonra Türk Axını layihəsinin həyata keçirilməsində iki ölkənin də qərarlı olduğunu söyləmişlər.



Әlaqәli Xәbәrlәr