PKK terroçuları Şırnak və Adıyamanda terror aktı törətdilər, iki qoruyucu şəhid oldu
Türkiyənin Şırnak və Adıyaman şəhərlərində PKK-lı terrorçuları tərəfindən həyata keçirilən hücumda 2 kənd qoruyucusu şəhid oldu.
547862

Şırnakın Uludərə qəsəbəsində nəqliyyatın keçidi zamanı PKK terrorçuları tərəfindən yola yerləşdirilən əl istehsalı partlayıcının işə düşməsi nəticəsində kənd qoruyucusu şəhid oldu.
Adıyamanda da qoruyucuların başçısı evinin qarşısında terrorçularının silahlı hücumuna məruz qaldı.
Ağır yaralan qoruyucu həkimlərin səylərinə baxmayaraq müalicə aldığı Adıyaman Təhsil və Araşdırma Xəstəxanasında şəhid oldu.
Qaçan terrorçuların yaxalanması üçün bölgədə əməliyyat başlayıb.
Әlaqәli Xәbәrlәr

İzmir sahillәrindә 39 qaçqın xilas edilib
Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyәyә geri qaytarılan qaçqınlar xilas edilib.