Almaniya Türkiyə və Rusiyanın yaxınlaşmasından məmnundur

Almaniya Xarici İşlər Nazirliyinin spiker müavini Savsa Sebli ölkəsinin Türkiyə-Rusiya arasında yeni və müsbət əlaqələrin yaranmasından məmnun olduğunu bildirib.

547865
Almaniya Türkiyə və Rusiyanın yaxınlaşmasından məmnundur

Almaniya Xarici İşlər Nazirliyinin spiker müavini Savsa Sebli Federal Mətbuat Mərkəzində çıxışında bildirib ki, ölkəsi hərbi təyyarənin vurulması hadisəsindən sonra Türkiyə-Rusiya arasında yeni və müsbət əlaqələrin yaranmasından məmnun olub.

İki ölkənin normallaşma prosesinin sürətlə davam etməsinin NATO daxilində təhlükəsizlik müttəfiqliyinə mənfi təsir etməyəcəyi qənaətində olan Sebli əlavə edib ki, Türkiyə NATO-da əhəmiyyətli yer tutur.

Almaniya Xarici İşlər Nazirliyinin spiker müavini Savsa Sebli Suriyada mövcud problemin həllinə də toxunub. O, deyib ki, Türkiyə və Rusiya arasındakı problemlərin həll Suriya böhranının sona çatdırılması baxımından da əhəmiyyətlidir.



Әlaqәli Xәbәrlәr