"Türk Axını" layihəsi yenə gündəmə gəldi

Rusiya Milli Energetika Təhlükəsizliyi Fondunun sədr müavini Aleksey Qrivaç "Türk Axını"nın Türkiyə- Rusiya əlaqələriniin inkişafında mühüm rol oynadığını bildirdi.

545670
"Türk Axını" layihəsi yenə gündəmə gəldi


 Rusiya Milli Energetika Təhlükəsizliyi Fondunun sədr müavini Aleksey Qrivaç Türkiyə və Rusiya arasında "Türk Axını" qaz kəməri layihəsinin həlledici rola malik olduğunu bildirərək, yeni və böyük enerji layihələrinin Türkiyə və Rusiya arasında əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətli olduğunu dedi.
 
 QrivaçTürkiyə və Rusiyanın qarşılıqlı razılaşmalar əsasında əhəmiyyətli infrastruktur qura biləcəklərini qeyd etdi, Türkiyə tərəfinə inşa edilməsi planlaşdırılan layihənin ilk kəməri üçün hökumətlərarası və  bəzi ticari müqavilələrin bağlanmasının lazım olduğunu, ikinci xəttin isə Avropa ötürücü xəttinə bağlanacağı səbəbindən zaman alacağını ifadə etdi.
 
 "Anqora Qaz"ın baş direktoru Gökhan Yardım da Türk Axını qaz layihəsinin iki ölkə arasında gələcək 20 ili formalaşdıracaq əhəmiyyətli bir layihə olduğunu dedi.
 
 Rusiya Energetika və Maliyyə İnstitutunun İqtisadiyyat Kafedrasının müdiri Marsel Salixov da "Türk Axını" layihəsinin  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə və Rusiya prezidenti Vladimir Putin arasında avqustun 9-da keçiriləcək  görüşün əsas mövzularından biri olacağını söylədi.
 
 Türkiyə layihə həyata keçirildikdən sonra Qara dəniz üzərindən inşa ediləcək bir kəmərlə ildə 15,7 milyard kubmetr qaz almağı hədəfləyir. İnşa edilməsi planlaşdırılan ikinci xətlə isə Türkiyə üzərindən Avropanın cənub-şərq bölgəsinə qaz nəqli  planlaşdırılır.



Әlaqәli Xәbәrlәr