Son çevriliş cəhdi onu göstərdi ki…

Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik Avstriyanın Baş naziri Kristian Kernin Türkiyə ilə Avropa İttifaqı arasında üzvlük müzakirələrinin dayandırılması çağırışının həddindən artıq sağçıların sözlərinə bənzədiyini söylədi

545120
Son çevriliş cəhdi onu göstərdi ki…

  Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik Avstriyanın Baş naziri Kristian Kernin Türkiyə ilə Avropa İttifaqı arasında üzvlük müzakirələrinin dayandırılması çağırışının həddindən artıq sağçıların sözlərinə bənzədiyini söyləyib və “Bu fikirləri çox da narahatverici hesab etmirəm. Əksinə, demokratiya, insan hüquqları, hüquqi dövlət mövzularında daha çox həmrəylik göstərməliyik" deyib.

  Ömər Çelik Ankarada rəsmi səfərdə olan Avropa Şurasının Baş katibi Turbörn Yanqlandla (Thorbjorn Jagland) bir araya gəlib.

  Türkiyənin Avropa Şurasına üzv olduğunu və Avropa İttifaqında üzvlük müzakirələrini davam etdiyini vurğulayan Çelik deyib: "Son çevriliş cəhdi onu göstərdi ki, Türkiyə xalqı demokratiyanın dəyərlərinə sahib çıxan yüksək bir demokratik şüura malikdir. Bunun alqışlanması lazımdır… 15 iyul çevriliş cəhdindən sonra Türkiyə Avropa dövlətləri ilə daha qüvvətli həmrəylik içərisində olmalıyıq. Yeni səhifələr açmalıyıq. Avropa Şurasında paylaşdığımız dəyərlərin daha da gücləndirilməsi lazımdır."

  Avropa Şurasının Baş katibi Yanqland isə: "Biz Türkiyəyə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”, - deyib.



Әlaqәli Xәbәrlәr