Rəcəb Tayyib Ərdoğanın Meksikanın "Televisa" kanalına müsahibəsi (2-ci hissə)

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatının (FETÖ), separatçı terror təşkilatı PKK və onun Suriya qolu PYD/ YPG-nin və DEAŞ-ın  bir çox nöqtədə bir-birinə uyğun gəldiyini bildirdi.

544433
Rəcəb Tayyib Ərdoğanın  Meksikanın "Televisa"  kanalına müsahibəsi (2-ci hissə)

  Prezident Ərdoğanın Meksikanın Televisa televiziya kanalına verdiyi müsahibənin ikinci hissəsi yayımlandı.

 Müsahibəsində bir-biri ilə üst-üstə düşən terror təşkilatlarının Türkiyəyə qarşı müştərək hərəkət etmək qabiliyyətləri olduğunu vurğulayan Ərdoğan bu terror təşkilatlarının sanki vəzifə bölgüsü aparmış kimi hərəkət etdiklərini bildirdi.

  FETÖ-nün15 iyuldakı dövlət çevrilişinə cəhdi zamanı baş verənləri ətraflı şəkildə izah edən Ərdoğan 4 televiziya kanalı vasitəsilə Türk xalqına müaciət eədərək, onları meydanlara dəvət etdiyini söylədi.

  Ərdoğan xalqın şərəflə demokratiya üçün mübarizə etdiyini qeyd etdi və :" Mən xalqımla fəxr edirəm, xalqımın bu mövqeyinin qarşısında baş əyirəm" dedi.

 Türkiyə prezidenti çevriliş cəhdinin terror təşkilatı PKK ilə əlaqəsi olub-olmaması barədə verilən suala FETÖ, PKK, PYD/YPG və DEAŞ-ın sanki vəzivə bölgüsü etmiş kimi davrandıqlarını, bunun nümunələrini bir çox hadisədə gördüklərini və təşkilatların açıqlamalarında özlərini ələ verdiklərini bildirdi.

 Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamaya şəxsən özünün terror təşkilatı PYD-yə silah yardımı etməmələri barədə müraciət etdiyini vurğulayan Ərdoğan; “Əsla  "Kobaniyə silah yardımı göstərməyin, silahın yarısı PYD-yə, və ya YPG-yə getsə, yarısı da DEAŞ-a gedəcək" şəklində Obamaya xəbərdarlıq etdiyini söylədi.

ƏrdoğanTürkiyənin terrorla mübarizədə qəti mövqeyinin terror təşkilatlarını zəiflətdiyinin, bu təşkilatların üzərinə qərarlı bir şəkildə getməyə davam edəcəklərini də sözlərinə əlavə etdi, terör təşkilatları arasında fərq qoymağın mümkün olmadığını, bu təşkilatların hamısını lənətlədiklərini vurğuladı.

 Türkiyə prezidenti FETÖ-nün başçısı Gülənin 1999-ci ildə ABŞ-a gedərək, Pensilvaniyada 400 hektar ərazidə qaldığını xatırlatdı.

  Gülənin ekstradisiyası prosesinə dair sənədləri elektron poçt vasitəsilə göndərdiklərini, hətta Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ədliyyə naziri Bəkir Bozdağ və xüsusi nümayəndələrin də mövzu ilə bağlı ABŞ-a gedəcəklərini bildirən Ərdoğan: "Bu iş bizim üçün həyati bir məsələdir, çox əhəmiyyətli bir məsələdir"deyə danışdı.

Türkiyənin dövlət başçısı 15 İyul dövlət çevrilişi cəhdi nəticəsində 237 nəfərin şəhid olduğunu və 2 min 191 nəfərin yaralandığını vurğuladı və:"  Türkiyə Böyük Millət Məclisinin, Prezident Administrasiyasının , Nazirlər Kabinetinin, Polis Baş İdarəsinin binaları bombalanıb və orada bizim 52 polisimiz şəhid olub. Mənzərə bu qədər aşkar olduğu halda, hələ də bizə " niyə fövqəladə vəziyyət elan etdiniz?" deyirlər. Nə vaxt edəcəyik fövqəladə vəziyyəti , Türkiyə batdıqdan sonramı? Belə bir şey ola bilərmi? Bu, Türkiyənin öz daxili məsələsidir, öz qərarımızı özümüz veririk. Fransa nə etdi? Avropa İnsan Haqları Məhkəməsinə getdi,  səhv etmirəmsə,15-ci maddə olacaq, 15-ci maddəylə əlaqədar oraya müraciətini etdi və onlar da  Fransanın tələbini haqlı bildilər və o istiqamətdə qərar verdilər. Türkiyənin atdığı addım da budur" ifadələrini işlətdi.

 Ərdoğan qərb ölkələrinin ikili standart tətbiqini  tənqid etdi və: " Fransada 3 nəfər, 5 nəfər, 7 nəfər, 10 nəfər terror təşkilatları tərəfindən öldürüldüyü zaman minlərlə insanı, beynəlxalq səviyyəli siyasətçiləri dəvət edərək Paris prospektlərində yürüşə çıxardılar. Bizə telefonla zəng edərək ; " təəssüflərimizi bildiririk" ,"kədərləndik" ,"demokratiya uğrunda mübarizədə yanınızdayıq" kimi ifadələr işlədirlər" dedi.

 Türkiyə prezidenti bu münasibətləri səmimi və dürüst qəbul etmədiyini ifadə etdi

"Dünyanın bu gileyimi demokratiyanın gileyi kimi qəbul etməsini xahiş edirəm" dedi.

 Suriyadakı son vəziyyəti dəyərləndirən Ərdoğan, ölkədə rejimlə və terror təşkilatları ilə mübarizə edildiğini vurğuladı və: " .....gəlin  terrorun ve terorçunun tərifini yenidən verək. Yenidən versək, o zaman bir ortaq nöqtədə mübarizə platformasını yaratmış olarıq. Amma hazırda ortada birgə mübarizə platforması təəssüf ki, yoxdur"  İdeyə danışdı.

 Ərdoğan Əl Nüsranın Əl-Qaidədən ayrıldığını qeyd etdi , bunun xüsusi qiymətləndirilməli  bir proses olduğunu bildirdi.

Türkiyənin dövlət başçısı beynəlxalq aləmə terror təşkilatlarının müsibətindən xilas olmaq üçün bu təşkilatların hamısını eyni masada müzakirə etməyə və hamısına qarşı birgə hərəkət etməyə çağırdı.

 

 

 

 

 


 



Әlaqәli Xәbәrlәr