Rəsmi Ankara Almaniyadan açıqlama gözləyir

Kurtulmuş Almaniyanın Ankaradakı diplomatının prezident Rəcəb Tayyib Ərdoğanın Kölndə keçirilən mitinqə telekonfrans vasiyəsiylə qoşulmasının qarşısının almasına dair açıqlama gözlədiklərini bildirmişdi.

542315
Rəsmi Ankara Almaniyadan açıqlama gözləyir

Türkiyə Baş nazirinin köməkçisi Numan Kurtulmuş Almaniyanın Ankaradakı diplomatının prezident Rəcəb Tayyib Ərdoğanın Kölndə keçirilən mitinqə telekonfrans vasiyəsiylə qoşulmasının qarşısının almasına dair açıqlama gözlədiklərini bildirmişdi.

Numan Kurtulmuş Nazirlər Kabinetinin toplantısından sonra keçirilən mətbuat konfransında təəssüflə deyib: “NSU (8-i Türkiyə vətəndaşı olmaqla 10 nəfəri öldürən neo-nasist terror qrupu) məhkəməsinin davam etdiyi ölkədə Alman Konstitusiya Məhkəməsi dövlət başçımızın Kölndəki mitinqə telefonla qoşulmamasına dair bir gündə qərar verdi. Maşallah Alman ədalətinə.”

Dünyanın hər yerində öz ölkəsinin diasporuyla görüşmək istəyən liderlərin bunu ya səfər etməklə ya da telekonferans vasitəsiylə həyata keçirildiyini xatırladan Numan Kurtulmuş deyib ki, R.T. Ərdoğan da belə bir üsula müraciət edib. Dünənki etiraz aksiyasında iştiraka isə Almaniya Konstitusiya Məhkəməsi tərəfindən maneə törədildiyini deyən Baş nazirin köməkçisi soruşub: əgər belə idisə, niyə daha əvvəlkilərə icazə verirdiniz?

Bunun açıq ikili standart olduğunu vurğulayan Numan Kurtulmuş əlavə edib ki, bütün vasitələrlə Türkiyə, eləcə də digər bəzi ölkələrdə demokratiya, insan haqqlarından dəm vuran almaniyalı rəsmilərin demokratik olaraq icazəsi alınmış bir aksiyada iştiraka necə maneə törətdiklərini anlaya bilmir. Bu qərarın heç bir əsası olmadığını vurğulayan Baş nazirin köməkçisi deyib ki, Almaniyanının Türkiyədəki səfiri hazırda xaricdədir. Bu səbəblə Xarici İşlər Nazirliyinə Ankaradakı almaniyalı diplomat çağırılıb və məsələ ilə bağlı ölkəsindən izahat gözlənildiyi diqqətinə çatdırılıb.

Numan Kurtulmuş sözügedən məsələnin Türkiyə-Almaniya əlaqələri baxımından həssas olduğunu da vurğulayıb.



Әlaqәli Xәbәrlәr