FETÖ/PDY ingilis deputata Türkiyəni qaralayan hesabat yazdırdı

"Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) Türkiyədəki üzvlərindən toplanan yardım pulları ilə ingilis deputat Edward Garnierə Türkiyəni qaralayan hesabat yazdırdi".

542450
FETÖ/PDY ingilis deputata Türkiyəni qaralayan hesabat yazdırdı

 Bu xəbəri İngiltərədə nəşr olunan “The Times” qəzeti yaydı.

 Qəzet Edward Garnierin Türkiyəni tənqid etdiyi "Türkiyədə İnsan Haqlarına Hörmət və Qanunun Aliliyi" adlı hesabat üçün Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyindən (FETÖ/PDY) 115 min 994 funt-sterlinq (təxminən 455 min TL), aldığını ortaya çıxardı.

 Qəzetə görə, hesabatın yayılmasını hələ də FETÖ/PDY-nin başçısı Fətullah Gülənin fəxri sədri olduğu Jurnalistlər və Yazıçılar Fondu tələb edib.

  Türkiyənin Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) ilə əlaqədar təşkilatlarla mübarizəsinə toxunan hesabat  sentyabr ayında dərc olunduqdan sonra o zaman İngiltərənin Baş Naziri olan David Cameron və Xarici İşlər naziri Philip Hammonda da göndərilib.

 Xəbərdə  Edward Garnierin mart ayında İngiltərə parlamentində Türkiyə ilə Avropa İttifaqı  arasındaki  Qaçqınlar barədə Razılaşma ilə bağlı  etdiyi çıxışındakı “ Türkiyə hökumətinin insan haqları və hüquqi pozuntularına" dair iddiaları və İngiltərənin Türkiyənin Avropa İttifaqı üzvlüyünə verdiyi dəstəyi nəzərdən keçirməyə çağırması da xatırladılır.

 “The Times” qəzeti hesabatın yazılmasında Garnierlə yanaşı Lordlar Palatasının üzvü Harry Woolf'un da iştirak etdiyini bildirir.



Әlaqәli Xәbәrlәr