Baş nazir şəhid olanlar, saxlanılanlar və həbs edilənlər haqqında məlumat verib

Baş nazir Binəli Yıldırım Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevrilişə cəhdi zamanı şəhid olanlar, hadisəylə bağlı saxlanılan və həbs edilənlər haqqında məlumat verib.

541980

Baş Nazirlikdə media nümayəndələri ilə bir araya gelen Binəli Yıldırım 15 iyuldakı çevriliş cəhdində şəhid olanların sayının 237 olduğunu bildirib. Baş nazir deyib ki, ölü olaraq ələ keçirilən xainlərin sayı 34, yaralı çevrilişçilərin sayı 49, nəzarət altına alınanların sayı 18 min 756 nəfərdir. Bunlardan 4 min 315-i polis,11 min 31-i əsgər, 185-i general, min 135-i zabit, 2 min 626-i hakim, prokuror, icra başçısı, 689-u isə sivil vətəndaşdır.

Baş nazir tutulan 10 min 192 nəfərdən min 751-nin polis, 6 min 153-nün əsgər, 2 min 131-nin hakim, prokuror, 64-nün mülki idarə işçilsi, 93-nün dinc vətəndaş, 2 min 257-sinin saxlanılaraq daha sonra, 1993-nün birbaşa sərbəst buraxıldığını bildirib.

Binəli Yıldırım bu günədək 55 min 978 nəfərin pasportunun ləğv edildiyini qeyd edərək, vətəndaşlara aid pasport sayının 14 min 780, yaşıl pasport sayının 38 min 703, boz və ya xidməti pasport sayının 2 min 109, diplomatik pasport sayının isə 386 olduğunu bildirib.

Baş nazir dövlət işçilərinin məzuniyyətləri ilə bağlı vəziyyətin nə vaxt dəyişəcəyinə dair suala cavabında sözügedən qərarın çevrilişə cəhddən sonra bu işə qarışmış dövlət müəsissələrində çalışanların qaçmasına mane olmaq məqsəd verildiyini deyib və əlavə edib ki, mövcud vəziyyət çox davam etməyəcək. Lakin Həccə gedənlər də bu qərara tabe olmadılar.

Әlaqәli Xәbәrlәr