Aleksandr Novak "Türk Axını" ilə əlaqədar danışıqların yenidən başladığını bildirdi

Rusiyanın Energetika naziri Aleksandr Novak  "Türk Axını" qaz kəməri layihəsi ilə əlaqədar Türkiyə ilə danışıqların yenidən başladığını bildirdi.

540386
Aleksandr Novak "Türk Axını"  ilə əlaqədar danışıqların yenidən başladığını bildirdi


  Rusiyanın xəbər kanalı Rossiya 24-ə müsahibə verən Novak Türkiyənin birbaşa Rusyadan 15,7 milyard kubmetr təbii qaz idxal etmək istədiyini qeyd etdi.
 
 Novak: "Türk Axını" təbii qaz boru xətti layihəsində iki xəttin inşa edilməsi üçün Türkiyə ilə danışıqlar yenidən başlayıb. İkinci kəmərlə Avropanın cənub-şərq bölgəsinə təbii qaz daşınması planlaşdırılır" ifadələrini işlətdi.
 
 Qeyd edək ki, Qazpromun Türkiyəyə satdığı təbii qazda daha əvvəl razılaşdırılan 10,25 %-lik güzəştin müqavilədə əks etdirməməsi səbəbindən "Türk Axını" layihəsində irəliləyiş qeyd olunmamış, Türk hava məkanını pozan Rusiya qırıcısının noyabrın 24-də vurulmasından sona da iki ölkə rəsmiləri layihədəki danışıqların dayandırılmasına dair açıqlamalar vermişdi.
 



Әlaqәli Xәbәrlәr