PKK-nın xain hücumu nәticәsindә 3 әsgәr ilә 2 polis şәhid olub

Türkiyәnin Siirt şәhәrindә  separatçı terror tәşkilatı PKK üzvu terrorçular tәrәfindәn yol kәnarına yerlәşdirilәn bombanın hәrbi avtomobil keçdiyi zaman partladılması nәticәsindә  3 әsgәr şәhid olub.

539114

 Hadisәdәn sonra bölgәdә  terrorçuların saxlanılması üçün  әmәliyyat başladılıb.

 Hakkaridә  isә PKK üzvü terrorçular yerli vaxt ilә saat 22:30-da  nәzarәt mәntәqәsinә bomba yüklü avtomobil ilә hücum tәşkil edib.

 Baş verәn güçlü partlayışdan sonra terrorçular iri çaplı silahlarla atәş açıb.

Tәhlükәsizlik qüvvәlәri ilә terrorçular arasında baş verәn qarşıdurma nәticәsindә  2 polis әmәkdaşı şәhid olub.

Biri mülki vәtәndaş, 10-u da polis olmaqla 11 yaralının müalicәsi davam edir.

Hücumdan sonra bölgәdә  geniş miqyaslı әmәliyyat başlanıb.

Әlaqәli Xәbәrlәr