Mövlud Çavuşoğlu intensiv şəkildə telefon diplomatiyası həyata keçirir

Türkiyənin Xarici işlər Naziri Mövlud Çavuşoğlu Fətullahçı Terror Təşkilatı Paralel Dövlət Quruculuğunun (FETÖ/PDY) iyulun 15-dəki çevriliş cəhdindən sonra intensiv şəkildə telefon diplomatiyası həyata keçirir.

538993
Mövlud Çavuşoğlu  intensiv şəkildə telefon diplomatiyası həyata keçirir


Bu ana qədər 50-yə qədər ölkənin xarici işlər naziri ilə telefonla danışan Çavuşoğlu son dəfə Birləşmiş Millətlər Təşkilatının baş batibi Pan Gi Mun ilə görüşdü.
 
Telefon  görüşündə dövlət çevriliş cəhdi zamanı və sonra baş verən proseslər müzakirə olundu.
 
 Pan Gi Mun çevriliş cəhdində həlak olanlarla əlaqədar kədərini dilə gətirərək, başsağlığı verdi.
 
 Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının baş batibinə dövlət çevrilişindən sonra başlayan  hüquqi proses barəsində məlumat verdi.
 
 Türkiyənin Xarici İşlər naziri bu işə görə məsuliyyət daşıyanların məhkəmə yolu ilə cəzalandırılacağını və bu məsələdə Avropa Şurası kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edildiyini vurğuladı.
 

Fövqəladə vəziyyət haqqında da məlumat verən Çavuşoğlu prosesin beynəlxalq hüquq çərçivəsində cərəyan etdiyini bildirdi, bəzi Avropa ölkələrində də buna bənzər tətbiqlər olduğuna diqqət çəkdi.
 
Çavuşoğlu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Aİ Komissiyasının vtse-prezidenti Federica Mogherini ilə də telefon danışığı aparıb.

 
 Çavuşoğlu Mogheriniyə davam edən hüquqi proses haqqında məlumat verib.



Әlaqәli Xәbәrlәr