FETÖ/PDY üzrə istintaq əməliyyatları

Son istintaq zamanı aralarında yüksək rütbəlilərin də olduğu daha 36 hərbçi həbs edilib

538322
FETÖ/PDY üzrə istintaq əməliyyatları

  Fətullahçı Terror Təşkilatı Paralel Dövlət Qurumuna qarşı aparılan istintaq əməliyyatları zamanı ölkə daxilində yenə də saxlanılan və həbs edilənlər var. Son istintaq zamanı aralarında yüksək rütbəlilərin də olduğu yenə 36 hərbçi həbs edilib.

  İstintaq çərçivəsində Hava Loqistika Komandanlığında çalışan podpolkovnik Əminə Gülşen Torunoğlu Aslanın da aralarında olduğu 28 əsgər Ankarada axşam saatlarında saxlanılıb.

  İyulun 4-də Giresunda qəzaya uğrayan hərbi vertolyotda olan Giresun Jandarma Region komandiri, general-mayor Doğrunun da müalicəsindən sonra nəzarətə alınacağı bildirilir.

  Rizədə Jandarma Kəşfiyyatında çalışan bir podpolkovnik, Bartında isə 8 əsgər saxlanılıb.

  FETÖ/PDY-yə qarşı təhlükəsizlik tədbirləri əməliyyatlarında 123 polis nəzarətə alınıb. Onlardan 40-ı həbs olunub. 14 polis əməkdaşının axtarışı isə davam edir. Təhlükəsizlik orqanlarında çalışan 117 nəfər vəzifəsindən uzaqlaşdırılıb. Saxlanılan polislərin 18-də üzərlərində axtarış zamanı tapılan 1 dollarlıq əskinaslar diqqəti çəkib.

  Giresunda 11 hakim və prokuror, 5 əsgər, 30 asayiş keşikçisi, 6 nəfər Milli Təhsil Nazirliyi əməkdaşı haqqında həbs qərarı verilib.

  Bingöl Yayladərənin icra nümayəndəsi Uğur Akmeşə də həbsxanaya salınıb.

  Diyarbəkirdə davam edən FETÖ/PDY istintaqı çərçivəsində isə 382 asayiş keşiksisi, 288 milli təhsil işçisi və 41 nəfər hərbçi vəzifədən kənarlaşdırılıb.

  Elazığda ifadələri alındıqdan sonra məhkəməsi başlanılan 15 polis əməkdaşından 9-u barəsində həbs qəti-imkan tədbiri seçilib, 6-sı isə məhkəmə nəzarəti şərtilə sərbəst buraxılıb.

  Bunlardan başqa, Türkiyənin 22 rayonunda da 6 hakim və prokuror həbs olunub, 873 dövlət qulluqçusunun ifadəsi alınır.

  Ərzurum, Afyon, Tokat, Karabük, Kütahya, Manisa və Kayseridə 170 nəfər alim, 66 səhiyyə işçisi və 21 məmur işindən azad edilib. Daha 22 rayonda isə çevirilişə cəhddə şübhəli bilinən və aralarında hüquqşünas, iş adamlarının da olduğu 18 nəfər həbs olunub, 141 nəfər isə nəzarətə alınıb.

  Qaziantepdə molla olduğu iddia edilən bir şübhəli qızı və kürəkəni ilə Belçikaya qaçmağa çalışarkən Kayseri Hava Limanında saxlanılıb.



Әlaqәli Xәbәrlәr