“Hər hansı bir axsama olmayacaq”, R.T.Ərdoğan

Ərdoğan Almaniyanın Birinci Televiziya Kanalı ARD-nin 15 İyul çevrilişiylə bağlı suallarını cavablandırıb

537520
“Hər hansı bir axsama olmayacaq”, R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatı Paralel Dövlət Qurumunun (FETÖ/PDY) 15 iyulda çevriliş cəhdinin demokratiyaya hücum olduğunu və buna Türkiyə millətinin çox sərt cavab verdiyini vurğulayıb.

  Ərdoğan Almaniyanın Birinci Televiziya Kanalı ARD-nin 15 İyul çevrilişiylə bağlı suallarını cavablandırıb.

  Çevrilişdən sonra işdən çıxarılmaların hüquq çərçivəsində həyata keçirlidiyini söyləyən Ərdoğan təhsildə sahəsində hər hansı bir boşluğun qətiyyətlə olmayacağını bildirib, Milli Təhsil Nazirliyi müəllim qəbuluyla bağlı imtahanla işə almağa davam edəcəyini, hər hansı bir axsama olmayacağını söyləyib.

  Universitetlərdə də bir çətinliyin olmayacağını deyən Ərdoğan Türkiyədə bağlanılan bir universitetin tələbələrinin digər universitetdə öz fakültəsinə uyğun bölümdə oxuya biləcəklərini qeyd edib.

  Türkiyənin dövlət başçısı diqqəti terror təşkilatı FETÖ/PDY-nin çox ciddi qruplaşması və sxemi olduğuna yönəldib, eyni zamanda, çevrilişdən sonra iş yerlərinin bağlanmamasının tərəfdarı olmadığını söyləyib. Ərdoğan fövqəladə vəziyyətin ölkədəki proseslərə yaxşı mənada təsir edəcəyini deyib.

  Edam cəzası ilə əlaqədar isə ölkə başçısı bu barədə qərarın Milli Məclis tərəfindən veriləcəyini bildirib, eyni zamanda, bu sözləri deyib: “Avropa İttifaqı ölkələrində edam cəzası yoxdur, amma dünyanın yarıdan çoxunda var. Xalqın tələbi naminə demokratik bir dövlətin hüqüqi təcrübələrindən istifadə oluna bilər... FETÖ/PDY terror təşkilatının 15 iyulda cəhd deyil, çevrilişi olsaydı, şəhid sayı minlərlə olacaqdı... Baxın, biz 53 ildir Avropa İttifaqının qapısındayıq, edam cəzasını da götürdük. Nə dəyişdi? Biz demokratik bir hüquqi dövlətik. Demokratik ölkələrdə söz kimindir? Xalqın deyil mi? Və xalq bu gün nə deyir? Edam deyir".

  Sığınacaq axtaran müharibə qaçqınları mövzusuna da toxunan Ərdoğan Avropa İttifaqının bu barədə verdiyi sözlərə əməl etmədiyini vurğulayıb.  

  Almaniyanın Birinci Televiziya Kanalı ARD aparıcısının "Ölkənin daxili və xaricində güclü bir dövlət başçısı” sözlərinə münasibətlə bağlı Ərdoğan belə cavab verib: "Güclü bir başçı olmaq Konstitusiyaya zidd, qanunlara qarşı zidd hərəkət etmək səlahiyyəti vermir, əksinə, xalqın nəbzinə qulaq asmağı tələb edir. Əgər xalqı nəzərə almasaydım, məni 52 faizlə ölkə başçılığına gətirməzdi. Mənim xalqımla dialoqum yaxşı olduğu üçün məni 52 faiz səs çoxluğuyla rəhbəriyə gətirdilər. İqtidar qurucusu olduğum partiyanın 50 faizini təşkil edir. Mənim fikrimcə, xalqla siyasətçi heç bir zaman qopmamalı və xalqın tələblərinə hər zaman qulaq verməlidir. Bu, parlamentli demokratiyanın içərisində açıqca müəyyəndir."



Әlaqәli Xәbәrlәr