Türkiyə xalqı demokratiyasını qorumaqda davam edir

Fetullahçı Terror Təşkilatının iyulun 15-də çeviriliş cəhdindən bu günədək vətəndaşlar bütün Türkiyə boyu meydanları tərk etməyərək demokratiyasını qorumaqda davam edir.

536818
Türkiyə xalqı demokratiyasını qorumaqda davam edir

Fetullahçı Terror Təşkilatının iyulun 15-də çeviriliş cəhdindən bu günədək vətəndaşlar bütün Türkiyə boyu meydanları tərk etməyərək demokratiyasını qorumaqda davam edir.

Baş nazir Binali Yıldırım Bartında toplanan vətəndaşlara telefon vasitəsiylə xitab edərək, demokratiya nöbətçilərinə işlərində uğur arzulayıb. Baş nazir Bartının hər zaman dövlət və millətinin yanında olduğunu, çevirilişə cəhd zamanı ölkənin hər yerində olduğu kimi bu vilayətin də milli iradəyə sahib çıxdığını dilə gətirib.

“15 İyul çox qaranlıq və uzun bir gecə idi. Lakin ölkədə çeviriliş təşəbbüsündə olan FETÖ terror təşkilatının üzvləri bir nəticəyə hasil ola bilmədilər. Onların əsas hədəfi Türkiyə sevdalısı, dünya lideri, ali baş komandan, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan idi. Onların hədəfi xalqın iradəsinə hakim olan, millətin dəstək və duası ilə vəzifəsini icra edən 65-ci hökumət idi. Ölkəsinə, millətinə, bayrağına sadiq, istiqlal eşqiylə meydanları dolduran əziz milləti hədəfə ala bilmədilər. Lakin iş bununla da bitmədi. Biz daha uzun müddət meydanlarda bayram əhvalı ilə demokratiyamızın keşiyində olacağıq. CHP, MHP, AK Partiya, eləcə də bütün qeyri-hökumət təşkilatlarının nümayəndələri Bartın meydanlarını dolduracaq. Türkiyəyə, bütün dünyaya Türk millətinin müstəqillik eşqini ən yüksək səslə elan edəcəyik.”-deyə Baş nazir çıxış edib.

Baş nazirin köməkçisi Numan Kurtulmuş isə Tekirdağda meydana toplananlarla telefon əlaqəsi qurub. Çevirilişə qarşı milli iradənin daim var olacağını vurğulayan Baş nazirin köməkçisi bildirib ki, bu meydanlar heç bir partiyaya məxsus deyil. Bu meydanlar bütün demokratiyanı dəstəkləyənlərin, millətimizindir. Hər zaman birgə bu meydanlarda milli iradəyə sahib çıxmaqda  davam edəcəyik. Aramıza fitnə-fəsad salmaq istəyənlərə qarşı oyaq olacağıq.

İstanbulda da yenə şəhərin əsas yerlərində minlərlə insan “Demokratiya Qoruyucusu” olmaqda davam edir. Əsasən Taksimdə bir araya gələn vətəndaşlar bir daha milli iradələrini, bərabərliklərini göstəriblər. Türkiyə vətəndaşları ilə yanaşı xarici ölkələrdən təşrif buyuranlar da meydanda bərabərlik nümayiş etdiriblər. İstanbulda digər bir ünvan dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Kısıklıda yerləşən iqamətgahı önü olub. Yük avtomobili ilə Taksimə gedən və 15 iyul gecəsinin simvolu adlarından Şərifə Boz da Kısıklıda idi.

“Demokratiya Qoruyucuları”na sənət adamları da dəstək olur. TRT ekranlarında yayımlanan “Diriliş Ərtoğrul” serialının aktyor heyəti Kısıklıda idi.

Ötən gecə paytaxt Ankarada da xalq yenə Kızılay meydanına axın edib. Minlərlə insan əllərində Türkiyə bayraqları demokratiya təntənəsini yaşadıb. Gecədən xeyli vaxt ötməsinə baxmayaraq yerlərini tərk etməyənlər qətiyyətlərini nümayiş etdiriblər.



Әlaqәli Xәbәrlәr