Türkiyə ən dəyərli xəzinələrindən birini itirdi

Türkiyənin dünya səviyyəsində məşhur tarixçi professoru Xəlil İnalcık 100 yaşında həyata gözlərini yumdu.

537429
Türkiyə ən dəyərli xəzinələrindən birini itirdi

 
 26 May 1916-cı ildə İstanbulda dünyaya gələn Xəlil İnalcık əslən Krım Tatarı idi.
 
 İnalcık 1936-ci ildə Ankara Universitetinin Dil, Tarix və Coğrafiya Fakültəsinin Yeni Dövr Tarixi bölməsində ali təhsilinə başlayıb.
 1942-ci ildə "İslahatlar və Bolqar Məsələsi" adlı doktorluq dissertasiyasını müdafiə edib
 Uzun illər eyni fakültədə Osmanlı və Avropa tarixi üzrə dərslər keçdikdən sonra 1972-ci ildə Çikaqo Universitetinin Tarix Bölməsinə Osmanlı tarixi üzrə professor olaraq dəvət edilib.
 
 1993-ci ildə Türkiyəyə qayıdan Xəlil İnalcık Bilkənd Universitetində baş müəllim kimi zaman-zaman magistratura və doktorantura tələbələrinə seminar dərsləri keçib.
 
 İnalcık  Osmanlı Türkcəsini yüksək səviyyədə, ingilis, fransız, alman dillərini yaxşı səviyyədə, ərəb, fars və italyan dillərini orta səviyyədə bilirdi.
 
 İnalcıkın adı Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən dünyada ictimai elmlər sahəsində  2000 elm adamı arasında göstərilmişdir.
 



Әlaqәli Xәbәrlәr