PKK Tuncelidə polis məntəqəsinə hücum etdi: 1 şəhid, 2 yaralı
Terror təşkilatı PKK Türkiyənin Tunceli şəhərində polis nəzarət məntəqəsinə hücum etdi
536373

PKK-nın minaatan və iri çaplı silahlarla təhlükəsizlik qüvvələrinə etdiyi hücumda 1 polis şəhid oldu, 2 polis yaralandı.
Şəhər mərkəzinə yaxın yerləşən Tunceli-Ovacıq nəqliyyat yolu üzərində yerləşən polis nəzarət məntəqəsinə təşkil olunan hücumda yaralanların vəziyyəti ağırdır.
Təhlükəsizlik qüvvələri bölgədə terrorçuların yaxalanması üçün geniş miqyaslı əməliyyata başlayıblar.